Hulusi Akar da koronavirusa yoluxdu
6 Fevral 2022 20:39 DünyaTürkiyənin milli müdafiə naziri Hulusi Akar koronavirusa yoluxub.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tvitter hesabında bildirilib.
"COVID-19 testim pozitiv çıxıb. Çox şükür səhhətim yaxşıdır. Lazımi tədbirləri görüb işlərimizə davam edirik" - H.Akar qeyd edib.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla xanımı Əminə Ərdoğanın da COVİD-19-a yoluxduğu açıqlanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31