Vladimir Putin Rəcəb Tayyib Ərdoğana tezliklə koronavirusdan sağalmağı arzulayıb
6 Fevral 2022 19:37 DünyaRusiya prezidenti Vladimir Putin koronavirusa yoluxmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və xanımına şəfa diləyib və onların bu xəstəliyin öhdəsindən tezliklə gələ biləcəklərinə əmin olduğunu bildirib.
Olaylar.az bildirir ki, bu barədə Kremlin rəsmi saytında yerləşdirilən teleqramada vurğulanır.
"Hörmətli cənab Prezident, əziz dost, Sizə və xanımınıza səmimi dəstəyimi bildirmək istərdim. Əminəm ki, həyat enerjiniz və xoş əhval-ruhiyyəniz sizə ən qısa zamanda virusun öhdəsindən gəlməyə kömək edəcək. Hər ikinizə səmimi qəlbdən şəfa və uzun illər can sağlığı arzulayıram", - məlumatda bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31