Ukrayna Azərbaycana öz yeraltı qaz anbarlarından istifadə etməyi təklif edib

Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi Ukraynanın yeraltı qaz anbarları hesabına təmin edilə bilər. Bu qaz anbarlarını Azərbaycan qazı ilə doldurmaq olar.

Olaylar.az bildirir ki, bunu Ukraynanın energetika nazirinin müavini Yaroslav Demçenko deyib.

Onun sözlərinə görə, bunun üçün Kiyev və Bakı "Cənub Qaz Dəhlizi" kəmərinin tikintisi üçün birgə səylər göstərməli olacaq.

Y.Demçenkov bildirib ki, Azərbaycan Ukraynanın mühüm strateji tərəfdaşıdır. Üstəlik, enerji hər iki dövlətin inkişaf etdirmək niyyətində olduğu əsas sahədir. Bakı Ukraynanın yeraltı qaz anbarlarından istifadə təklifini qəbul edərsə, bu, bütün Avropa qitəsinin enerji təhlükəsizliyini xeyli artıracaq.

Nazir müavini qeyd edib ki, Ukraynada nəhəng yeraltı qaz anbarlarının istifadəsi Azərbaycandan Aİ-yə qaz tədarükünü artırmağa və regiona təbii qaz tədarükünün etibarlılığını daha da gücləndirməyə kömək edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31