Pakistanda kömür mədənində partlayış olub, ölənlər var

Pakistanın Bəlucistan əyalətində kömür mədənində partlayış baş verib.

Olaylar.az bildirir ki, bu barədə "Sinhua" agentliyi regionun təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması idarəsinə istinadən xəbər verib.

Məlumata əsasən, mədəndə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan 3-nün vəziyyəti ağırdır.

Bildirilir ki, partlayışa səbəb metan qazının toplanması olub. Yerli hakimiyyət orqanları hadisənin baş vermə səbəbini araşdırmaq üçün mədəni bağlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31