Türkiyə ordusu Suriyada 14 terrorçunu zərərsizləşdirib
5 Fevral 2022 19:42 DünyaTürkiyə ordusu Suriyanın şimalında "Sülh çeşməsi" və "Zeytun budağı" əməliyyatları zonasında 14 terrorçunu zərərsizləşdirib.
Olaylar.az bildirir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Məlumata əsasən, cinayətkar təşkilatlara qarşı aktiv mübarizə Suriya ərazisində də davam etdirilir.
"Türkiyə Silahlı Qüvvələrinin Suriyada əməliyyat apardığı iki bölgəni atəşə tutan və oraya daxil olmağa cəhd edən PKK terror təşkilatının Suriya qanadının (YPG) silahlıları Türkiyə hərbçilərinin səyi ilə zərərsizləşdirilib", - deyə məlumatda bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31