Yanvar ayında 47 terrorçu zərərsizləşdirilib

Türkiyədə 2022-ci ilin yanvar ayında 34 terrorçu sağ olaraq tutularkən 13 terrorçu da könüllü olaraq təhlükəsizlik qüvvələrinə təslim olub. Planlaşdırılan 5 terror aktının qarşısı alınıb.

Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirinin müavini və departamentin sözçüsü İsmail Çataklı bu barədə açıqlama verib. Bildirib ki, 2022-ci ilin yanvar ayında terrora qarşı mübarizə çərçivəsində həyata keçirilən  əməliyyatlar nəticəsində 47 terrorçu zərərsizləşdirilib. Onlardan 38-nin PKK/KCK, 8-nin DEAŞ, 1-nin isə solçu terror təşkilatı üzvü olduğu müəyyən edilib. Terror təşkilatlarına yardım/təşviş etməkdə və təşkilatlarla əlaqədə olmaqda şübhəli bilinən 2229 nəfər saxlanılıb, onlardan 295-i həbs edilib. Terrorçuların planlaşdırdıqları 5 terror aktının qarşısı alınıb. Türk silahlı qüvvələrinin məliyyatları zamanı 14 029 qeyri qanuni immiqrant və 612 təşkilatçının da tutulduğunu ifadə edən İsmail Çataklı yanvar 484 min 400 Suriyalı sığınmacının ölkələrinə qayıtdığını, beləcə Türkiyədə qeydiyyatda olan suriyalı qaçqınların sayının 3 milyon 739 min 859 nəfərə düşdüyünü sözlərinə əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31