Rusiya ilə Çin arasında qaz müqaviləsi imzalanıb
4 Fevral 2022 16:31 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın "Qazprom" şirkəti ilə Çinin CNPC şirkəti arasında ildə əlavə 10 milyard kubmetr Rusiya qazının nəqli üçün müqavilə imzalanıb.
Sözügedən razılaşmanın iki ölkə arasında əməkdaşlığı gücləndirəcəyinə diqqət çəkən məlumat paylaşılıb, "Saziş çərçivəsində daşımalar tam gücə çatdıqda Çinə əlavə olaraq 10 milyard kubmetr təbii qaz göndəriləcək. Rusiya qazının Çinə ümumi nəqli ildə 48 milyard kubmetrə çatacaq"-deyə qeyd olunub.
Bəyanatda fikirlərinə yer verilən Qazprom İdarə Heyətinin sədri Aleksey Miller, razılaşmanın Rusiya və Çin arasında qarşılıqlı etimadı göstərdiyini ifadə edərək, "CNPC-dəki çinli tərəfdaşlarımız Qazpromun etibarlı təchizatçı olduğunu gördülər" deyə söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31