Bu ölkədə HİV-in yeni ştammı aşkar edilib
4 Fevral 2022 15:34 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropalı həkimlər Hollandiyada insanın immun çatışmazlığı virusunun (İİV) VB adlı təhlükəli yeni ştamının yayılmağa başladığını müəyyən ediblər. Bu barədə Oksford Universitetinin mətbuat xidməti fevralın 5-də məlumat verib.
Məlumata görə, təhlükə və yoluxuculuq baxımından HİV-in bütün mövcud növlərindən qat-qat üstündür.
"Bizim araşdırmalarımız əhalinin həssas kateqoriyaları arasında mütəmadi olaraq İİV testinin keçirilməsi ilə bağlı ÜST tövsiyələrinə əməl etməyin zəruriliyini vurğulayır. Bu, nəinki immun çatışmazlığı virusu daşıyıcılarının çoxlu həyatını xilas edəcək, həm də virusun yeni veriasiyalarının ötürülməsinin qarşısını alacaq", - sözləri universitetin mətbuat xidmətindən sitat gətirən Oksford Universitetinin (Böyük Britaniya) professoru Kristof Freyzer deyib.
ÜST-nin statistikasına görə, Yer kürəsində immun çatışmazlığı virusunun daşıyıcılarının sayı təxminən 37,7 milyon nəfərdir ki, onların da 67%-dən çoxu Afrikanın müxtəlif ölkələrində yaşayır. Xəstələrin sayı durmadan artır, bu xüsusilə əhalinin əhəmiyyətli hissəsinin HİV daşıyıcıları olduğu Afrikanın cənubundakı ən yoxsul ölkələrə aiddir.
HİV insan immun hüceyrələrinə onun qabığını örtən zülallardan istifadə edərək nüfuz edir. Bu molekulların strukturu, eləcə də onlarla əlaqəli şəkər zəncirləri virus çoxaldıqca sürətlə dəyişir, immunitet sistemini bir növ "silahlanma yarışında" iştirak etməyə məcbur edir, daim yeni antikor dəstləri istehsal edir. Bu proses İİV-in immunitet sisteminə görünməyən yeni variasiyalarının yaranmasına gətirib çıxarır.