Putin və Si Cinpin xarici əlaqələrə dair birgə bəyanat qəbul edib

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin yeni dövrə qədəm qoyan beynəlxalq münasibətlər və qlobal davamlı inkişafla bağlı birgə bəyanat qəbul ediblər.

Sənəddə deyilir ki, Rusiya Federasiyası və Çin ABŞ, Böyük Britaniya və Avstraliya tərəfindən AUKUS assosiasiyasının yaradılmasından ciddi narahatdırlar.

Rusiya Federasiyası və Çin yeni koronavirus infeksiyasının mənşəyi probleminin siyasiləşdirilməsinə qarşıdırlar, bu məsələ elmi müstəvidədir. 

Nüvə gücləri soyuq müharibə zehniyyətindən əl çəkməli və siyasətdə nüvə silahının rolunu azaltmalıdır. 

Rusiya Federasiyası və Çin ABŞ-ı Asiya-Sakit okean regionunda və Avropada yerüstü orta və daha qısa mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina etməyə çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31