Bu ölkədə maska qadağası ləğv olunur
4 Fevral 2022 14:11 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya hökuməti ölkədə yeni koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən küçədə maskaların məcburi taxılmasını ləğv edəcək.
Bu barədə fevralın 4-də Cadena SER radiostansiyası məlumat yayıb .
Məlumata görə, Nazirlər Şurası fevralın 8-də keçiriləcək iclasında qərarı təsdiq edəcək. Qərar ertəsi gün qüvvəyə minə bilər.
İspaniyada covid səbəbiylə maskaların məcburi taxılması Milad bayramları ərəfəsində ötən ilin dekabrında tətbiq edilib.
İspaniyada pandemiya başlayandan indiyədək 47 milyon insan, 10 milyondan çox yoluxma halı aşkarlanıb, 94 mindən çox xəstə dünyasını dəyişib. 2020-ci ilin dekabr ayının sonunda ölkədə peyvəndlənmə tədbirləri başlanılıb. Hazırda 12 yaşdan yuxarı ispanların 90%-i artıq koronavirusa qarşı tam peyvənd olunub.
Əvvəllər koronavirusun omikron variantının ortaya çıxması fonunda İspaniyada infeksiyanın yayılma sürəti yenidən artıb. Nəticədə ölkədə virusa yoluxanların sayının gündəlik artmasına görə rekord qeydə alınıb. Bununla belə, krallığın indiki covid dalğasının zirvəsini artıq keçdiyi güman edilir.