Çilidə baş verən meşə yanğınında 1235 hektar ərazi kül oldu

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Çilinin Tierra del Fueqo əyalətinin meşə sahəsində davam edən yanğın 1235 hektar ərazini külə çevirib.Cənubi Amerika ölkəsi Çilinin Tierra del Fueqo əyalətinin meşə sahəsində yanvarın 25-də baş verən yanğın davam edir.Milli Meşəçilik Agentliyinin (Conaf) verdiyi açıqlamaya görə, alov Timaukel kommunasında 1235 hektar ərazini yanıb.Conaf rəsmisi Con Revello çətin relyefin, bitki örtüyünün, yıxılan ağacların və hava şəraitinin yanğına nəzarəti çətinləşdirdiyini bildirib.Kənd Təsərrüfatı Naziri Maria Emilia Undurraga yanğından zərər çəkmiş ərazinin Tierra del Fuego növünə xas lenqa ağaclarının yaşadığını bildirib və "Coğrafi şərait və  meşələr yanğınla mübarizəni çətinləşdirir" -deyə söyləyib.Yanğına havadan və qurudan müdaxilə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31