Almaniya və Rusiya arasında media müharibəsi

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Berlin administrasiyası Almaniyada yayımlanan Rusiya dövlət televiziyası Russia Today (RT) kanalını bağladıqdan sonra Rusiya buna cavab olaraq Almaniyanın ictimai yayımı Deutsche Welle (DW) ölkədəki fəaliyyətini dayandırıb.

Almaniyada media məsələləri üzrə Lisenziyalaşdırma və Nəzarət Komissiyası  ötən gün verdiyi qərarla Russia Today-in alman dilli kanalının (RT DE) yayımını qadağan edib.
Məlumata görə, qərarın Almaniyada lazımi yayım lisenziyasına malik olmadığı səbəbiylə RT DE-nin yayımlarının qadağan edildiyi bildirilib.


Rusiya həmçinin Almaniyadakı bu qərara cavab olaraq Deutsche Welle-nin Rusiya ofisini bağlamaq və müxbirlərinin akkreditasiyasını ləğv etmək, həmçinin Rusiyadakı peyk və digər yayımlarını dayandırmaq qərarına gəldiyini açıqlayıb.

Moskva həmçinin Almaniya kanalının "xarici agent" elan edilməsi üçün hüquqi prosesə başlanıldığını bəyan edib.

DW bu qərarı "həddindən artıq reaksiya" kimi şərh edib.

Digər tərəfdən Rusiya Xarici İşlər Nazirliyi RT German-a qadağa qoyan alman səlahiyyətlilərin də Rusiyaya girişinin qarşısının alınacağını açıqlayıb.

Rusiyanın sərt addımlarına Almaniyanın reaksiyası

Almaniya Xarici İşlər Nazirliyi Moskvanın addımlarının "əsassız olduğunu və Almaniya-Rusiya münasibətlərində yeni gərginliyi təmsil etdiyini" bildirib.

Almaniyanın mədəniyyət və media üzrə dövlət naziri Klaudiya Rot Rusiyanın Almaniyanın Deutsche Welle (DW) telekanalının ölkəsində yayımını qadağan etməsinə münasibət bildirib.

Rot verdiyi yazılı açıqlamada DW-nin yayımlarına qadağa qərarının Almaniyada lisenziya tələbi olan Rusiya RT-nin Alman yayım kanalı "RT DE"nin yayımlarına qoyulan qadağaya qarşı alındığını açıq şəkildə müdafiə etdi.

RT DE-nin lisenziyasız yayımlar etdiyini və lisenziya üçün müraciət etmədiyini bildirən Roth, Almaniyada müvafiq qurumun buna əsaslanaraq qərar verdiyini və bu vəziyyətin Rusiyada lisenziyası ləğv edilən DW-nin vəziyyətindən tamamilə fərqli olduğunu qeyd edib.

"DW-nin Rusiyada yayımına qadağa qoyulması və onun Moskvadakı ofisinin bağlanması tamamilə qəbuledilməzdir", - Rot bildirib. 

Rusiya tərəfini RT-nin lisenziya məsələlərindən siyasi reaksiya üçün istifadə etməməyə çağıran Rot, "İkitərəfli münasibətlərdə aydın addımlara ehtiyac var" deyə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31