Rusiya Prezidenti Vladimr Putin Pekində

Olaylar.az TASS-a istinadən xəbər verir ki,  Rusiya prezidenti Vladimir Putin Pekinə səfər edib. Bu, Rusiya liderinin koronavirus pandemiyası başlayandan bəri Çinə ilk səfəridir.

Prezidentin köməkçisi Yuri Uşakovun mediaya verdiyi məlumata görə, səfər proqramı bir gün üçün nəzərdə tutulub.

Rusiya dövlətinin başçısı Rusiya-Çin danışıqlarında iştirak edəcək, daha sonra Çin sədri Si Tsinpinlə işgüzar naharda üz-üzə danışacaq. Həmin gün axşam saatlarında Rusiya lideri XXIV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində qonaq qismində iştirak edəcək.

Gözlənilir ki, qarşıdan gələn danışıqlar ikitərəfli, regional və qlobal gündəlikdəki əsas məsələlərin hərtərəfli nəzərdən keçirilməsinə həsr olunacaq. Uşakovun sözlərinə görə, nəticədə hökumətlərarası, idarələrarası və kommersiya sənədlərinin möhkəm paketinin imzalanması gözlənilir. İlkin hesablamalara görə, onların sayı 15-ə yaxın ola bilər və onların hamısı "Rusiya Federasiyası ilə Çin arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişafına tövhə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31