Nigeriya sahillərində neft gəmisində partlayış
3 Fevral 2022 16:12 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Qərbi Afrika ölkəsi Nigeriyada 2 milyon barel neft daşımaq qabiliyyətinə malik gəmidə partlayış baş verib.
İlkin məlumatlara görə, gəmidə partlayış Nigeriya sahillərindəki Ukpokiti neft yatağında baş verib.Hadisə Niger Deltası çayı yaxınlığındakı Eskravos terminalının yaxınlığında baş verib.Partlayış nəticəsində ölənlərin olub-olmadığı barədə hələlik məlumat yoxdur. Əraziyə axtarış-xilasetmə qrupları göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31