Elektrik kabelinin aşması 24 nəfərin həyatına son qoydu
3 Fevral 2022 15:54 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada yüksək gərginlikli elektrik kabelinin bazara düşməsi nəticəsində 26 nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.
KDR Baş naziri Jan-Mişel Sama Lukonde verdiyi açıqlamada, zərərçəkənlərin pis hava şəraiti səbəbindən elektrik kabelinin qırılaraq aşağıda bazara və yaşayış binalarına düşməsindən sonra elektrik cərəyanı vurduqlarını bildirib.
Kabelin aşması nəticəsində 24 qadın və iki kişi ölüb, ikisi isə ağır yaralanıb. Faciənin səbəbinin kabelə ildırım vurması ilə izah edilib.
Hökumət nazirləri qəza yerinə baş çəkdilər və hökumət sözçüsü Patrick Muyaya səlahiyyətlilərin zərər çəkmiş bazarı köçürdüyünü bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31