Gürcüstan XİN başçısı yenidən koronavirusa yoluxub

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani koronavirusa yoluxub.

Olaylar.az xəbər verir ki, bu səbəbdən onun Böyük Britaniyanın XİN başçısı Liz Trasla bu həftəyə planlaşdırılmış telefon danışığı təxirə salınıb.

Gürcüstan XİN-dən bildirilib ki, danışıq D.Zalkalianinin sağalmasından sonra baş tutacaq.
Xatırladaq ki, D.Zalkalianidə ötən ilin yanvarında da COVID-19 infeksiyası aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31