Evdə yanğın zamanı 4 nəfər ölüb, 2 nəfər yaralanıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Pensilvaniyanın şimal-şərqində bir evdə yanğın və partlayışlar nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Əyalət polisi yerli vaxtla saat 07:00 radələrində baş verən yanğın zamanı evdə 8 nəfərin olduğunu, onlardan 4-nün öldüyünü, 2 nəfərin xəstəxanaya aparıldığını, digər 2 nəfərin isə qaçdığını deyib.

Xəstəxanaya çatdırılanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə şahidlərinin yanğının yayılması zamanı partlayışların şahidi olduqları qeyd edilib.

Polis Deanna Piekanski qeyd edib ki, yarılmalar bu günə planlaşdırılıb.

Yanğının baş vermə  səbəbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31