Putinin Türkiyəyə səfər edəcəyi tarix MƏLUM OLDU
3 Fevral 2022 11:58 DünyaRusiya Prezidenti Vladimir Putin fevral ayının ikinci yarısında Türkiyəyə səfər edə bilər.
Bu barədə OLaylar.az "A Haber" telenakalına istinadən xəbər verir.
Telekanalın məlumatlında deyilir ki, Pekin Olimpiadasının açılışından sonra tarixi dəqiqləşəcək səfər fevralın ikinci yarısına təsadüf edəcək.
Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Prezidentinin Pekin Olimpiadasının açılışında iştirak etdikdən sonra Türkiyəyə səfər edəcəyini açıqlamışdı.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə epidemioloji vəziyyət və qrafiki imkan verdikdə V.Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifindən yararlanaraq, bu ölkəyə səfər edəcəyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31