Somalidə 1 milyon insan su və qida problemi ilə üzləşib
2 Fevral 2022 16:27 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi Somalinin Puntland bölgəsində davam edən quraqlıq səbəbindən 1 milyon insanın ciddi su və qida problemi ilə üzləşdiyini açıqlayıb.
Açıqlamada, Somalinin Puntland bölgəsində iqlim dəyişikliyi səbəbiylə yaşanan quraqlığın bölgə xalqının həyatına mənfi təsir etdiyi diqqətə çatdırılıb.
Su və qida problemlərinin daha çox Sool, Qolis, Bari və Nuqaal bölgələrində yaşandığı bildirilərkən, davam edən əlverişsiz hava şəraiti səbəbindən bölgə əhalisinin vəziyyətinin daha da pisləşəcəyi qeyd edilib.
Hökumət qlobal yardım çağırıb
Somalidə hökumət, ölkədəki quraqlığın ölümcül təsirləri ilə əlaqədar noyabrın 10-da qlobal yardım çağırışı etdi və noyabrın 23-də ölkə daxilində "fövqəladə vəziyyət" elan etdi.
Gələn il 7,7 milyon Somalilinin quraqlıq səbəbindən humanitar yardıma ehtiyacı ola bilər.
2011-ci ildə yaşanan quraqlıq və qida böhranı səbəbiylə Somalidə təxminən 260 min adam ölüb.