Ersin Tatar COVID-19-a yoluxub
2 Fevral 2022 12:46 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatarın koronavirus testi müsbət çıxıb. Tatar " Hörmətli xalqım, sizə, ümumi vəziyyətimin yaxşı olduğunu və özümü təcrid etdiyimi bildirmək istəyirəm" açıqlamasını verib.
Sosial media hesabından paylaşım edən Tatar açıqlamasında bu ifadələrdən istifadə edib:
"Burun tutulması, burnumun axması və buna bənzər əlamətlərdən sonra mənim PCR testimin nəticəsinin müsbət olduğunu öyrəndim.Birlik və həmrəylik içində bu epidemiyadan tezliklə qalib gələcəyimizə tam inanıram.Tez sağalmaq diləklərini göndərən və çatdıran əziz xalqıma təşəkkür edirəm"- deyə söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31