Qeyri-qanuni kömür ocağı çökdü: 5 ölü
2 Fevral 2022 12:35 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Karxand ştatında qeyri-qanuni kömür zavodunun uçması nəticəsində 5 nəfər ölüb.
Polis rəsmisi Sanjeev Kumar ölkənin şərqindəki Karxandın Dhanbad şəhərində yerləşən mədənin çökdüyünü açıqlayıb.
Kumar çökmə zamanı kömür mədənində qeyri-qanuni işçilərin olduğunu bildirib.
Tikinti texnikası ilə aparılan axtarış-xilasetmə işləri zamanı 4-ü qadın olmaqla 5 nəfərin cəsədi qarın altından çıxarılıb.
Axtarışlar davam edir.
Ölkədə gəlir əldə etmək üçün qeyri-qanuni mədənçiliklə məşğul olanlar tez-tez belə qəzalara məruz qalırlar.
Xüsusilə Hindistanın şərqində və şimal-şərqində insanlar qapalı kömür mədənlərində "siçovul çuxurları" adlanan tunelə bənzər strukturlar qazaraq mədən işlərinə davam edirlər.
İşçilər vaqonlara yüklədikləri kömürləri qurulmuş sistemlə səthə çıxarırlar.
Bu dar strukturlarda işləmək üçün kişilərdən daha çox qadın və uşaqlara üstünlük verilir.
2021-ci ildə Hindistanın Meqalaya ştatında kömür mədəninin çökməsi nəticəsində 6 nəfər ölüb.