Almaniyada koronavirusa yoluxanların sayı 10 milyonu ötüb
2 Fevral 2022 11:21 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyada COVID-19-a yoluxanların sayı 10 milyon 186 min 644-ə yüksəlib.
Robert Koch İnstitutunun (RKİ) verdiyi açıqlamaya görə, Almaniyada COVID-19 diaqnozu qoyulanların sayı son 24 saatda 208 498 nəfər artaraq "epidemiya başlayandan bəri ən yüksək gündəlik yoluxma sayıdır".
Yeni yoluxanların sayı ilə ölkədə ümumi yoluxma sayı 10 milyon 186 min 644-ə yüksəlib.
Son həftələrdə yeni yoluxma hallarının sayının rekord həddə çatdığı Almaniyada yanvarın 19-da 112 min 323, yanvarın 26-da isə 164 min hadisə aşkarlanıb. Yanvarın 27-də 203 136 hadisə qeydə alınıb və "ilk dəfə gündəlik yoluxma hallarının sayı 200 mini ötüb".
Son 24 saatda COVID-19-dan 196 ölümlə, virusdan ölənlərin ümumi sayı 118 170-ə yüksəlib.
Ölkədə həftədə 100 min nəfərdə görülən yeni yoluxma sayı 1227,5, aktiv yoluxma sayı isə 2 milyon 278 min 900 olaraq qeydə alınıb.
Peyvənd kampaniyasında 63 milyon insana birinci doza, 61,6 milyon insana isə COVID-19 peyvəndinin ikinci dozası vurulub.