Daşqınlar nəticəsində ölənlərin sayı 23-ə çatıb
2 Fevral 2022 10:57 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Amerika ölkəsi Ekvadorda leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 23-ə yüksəlib, 47 nəfər yaralanıb.
Paytaxt Quitonun qərbində 24 saat davam edən leysan yağışından sonra daşan dərələr səbəbindən küçələr palçığa çevrilib.
Ölənlərin sayının 23 olduğu təxmin edilən daşqınlarda bu sayın artacağından ehtiyatlanır.
Başkent Bələdiyyəsinin Təhlükəsizlik Katibliyi bir çox evin zərər gördüyünü, həmçinin elektrik naqillərinin uçduğunu və yolların palçıqla örtüldüyünü açıqlayıb.
Axtarış-xilasetmə işləri yanğınsöndürənlər, əsgərlər və polis qruplarının iştirakı ilə hərtərəfli şəkildə aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31