“Taliban” ilk dəfə vəzifəyə qadını rəhbər təyin etdi

"Taliban" Əfqanıstanda siyasi hakimiyyətə gələndən sonra ilk dəfə olaraq ölkədə qadınların rəhbər vəzifələrə təyin olunduğuna dair rəsmi açıqlama yayıb.
Olaylar.az xəbər verir ki, açıqlama hərəkatın nümayəndəsi Zabihullah Mücahidin "Twitter" səhifəsində dərc edilib.
Belə ki, qadın həkimi olan Malalay Rəhim paytaxt Kabildə yerləşən ixtisaslaşmış doğum evinin direktoru vəzifəsinə, onun digər həmkarı, doktor Arian isə paytaxtdakı ginekoloji klinikanın direktoru təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31