“Ordularımızın gücləndirilməsi səyləri digər ölkələr üçün təhlükə deyil” - Hulusi Akar
1 Fevral 2022 21:26 Dünya"Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin gücləndirilməsi istiqamətində səylər digər ölkələr üçün təhlükə deyil".
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşündə deyib.
Biz silahlı qüvvələrimizin inkişafı, ölkələrimizin və millətimizin müdafiəsi istiqamətində işimizi davam etdiririk. Gördüyümüz işlərlə ordularımızdakı gündən-günə irəliləyişdən çox məmnunuq. "Bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyənin Qafqaza sülh və əmin-amanlıq gətirmək üçün əlindən gələni etdiyini hər kəs görür. Ümidimiz bir an əvvəl sülhə, əmin-amanlığa qovuşaraq hər kəsin təhlükəsiz və rahat yaşayışını sürdürməsidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31