Gürcüstanda “Omikron”a 1 754 nəfər yoluxub
1 Fevral 2022 14:52 Dünyaİndiyədək Gürcüstanda koronavirusun "Omikron" ştamına 1 754 yoluxma faktı təsdiqlənib.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze brifinqdə bildirilib.
O qeyd edib ki, yoluxanların 38-i xəstəxanaya yerləşdirilib, 3-ü vəfat edib.
A.Qamkrelidze hazırda ölkədə COVID-19-a yoluxma hallarının 90-95 %-nin "Omikron"un payına düşdüyünü deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31