Türkiyə-Qırğızıstan iqtisadi əlaqələri müzakirə edilib
1 Fevral 2022 14:18 DünyaAvrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) və Qırğızıstanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə "Türkiyə-Qırğızıstan iqtisadi əlaqələri və ikili əməkdaşlıq potensialları" mövzusunda konfrans keçirilib. Bu barədə "OLAYLAR"-a məlumat verən EkoAvrasiya İdarə Heyətinin sədri Hikmət Eren deyib ki, görüşdə iki ölkə arasındakı iqtisadi-ticari əlaqələr, Qırğızıstanda investisiya imkanları, gələcəkdə bu istiqamətdə həyata keçiriləcək layihələr barədə danışılıb.
Qeyd edək ki, toplantıda Qırğızıstanın Türkiyədəki səfiri Kubanıçbek Ömüraliyev, EkoAvrasya İdarə Heyətinin sədri Hikmet Eren, qurumun Məsləhət Şurasının sədri səfir Hulusi Kılıç, İspir bələdiyyə sədri Ahmet Coşkun və iş adamları iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31