Oteldə dəhşətli yanğın baş verdi
1 Fevral 2022 14:01 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İraqın paytaxtı Bağdadda, oteldə yanğın baş verib, bir nəfər ölüb. Yanğın paytaxt Bağdadın Bab əş-Şarki rayonunda dördmərtəbəli otelin yuxarı mərtəbələrində baş verib.Mülki müdafiə qrupları yanğın nərdivanından istifadə edərək oteldəkiləri xilas edib.
Saatlarla davam edən yanğın uzun səylərdən sonra nəzarətə altına alınıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31