Fransada yenidən müsəlmanlar hədəfə alınıb
1 Fevral 2022 13:55 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransada son 2 gündə müsəlmanlara qarşı 2 hücum olub. Ölkədə islamofobiyanın günü-gündən artdığı müşahidə edilir.
Ölkənin cənub-qərbində yerləşən Lot-et-Qaronne bölgəsində ötən il noyabrın sonunda açılan "halal" bazar-qəssab yanvarın 30-na keçən gecə irqçi hücumlara məruz qalıb.
Bon-Encontre şəhərində bazarı yandıran hücumçular binanın divarlarına 2 svastika çəkiblər.
Yanğına müdaxilə edən yanğınsöndürənlər bazarın tamamilə dağıldığını, lakin can itkisinin olmadığını açıqlayıblar.
Prokurorluq hadisə ilə bağlı "din, irq və etnik mənsubiyyət" kimi dəyərlərə edilən hücumlar çərçivəsində araşdırma başladıb.
Televiziya proqramları müsəlmanları hədəf alır
Avropada İslamofobiya ilə Mübarizə Kollektivinin verdiyi açıqlamaya görə, bu yandırma hadisəsi ilə Fransa televiziyasında yayımlanan "radikal İslamçılıq" mövzusuna həsr olunan Zone Interdite adlı proqram arasında əlaqə var.
Bu cür proqramlar müsəlmanları problem kimi göstərən media mexanizmləri kimi tanınır. "Dövlətin anti-islamizmi" ilə güclənən bu cür proqramlarda ifşa olunsa da, müsəlmanlara məxsus bu yerlər polis mühafizəsi ilə təmin edilmir.
Digər tərəfdən, ölkənin cənub-qərbindəki Tuluza şəhərində daxili orqanları çıxarılan çöl donuzun başı və dərisi müsəlmanların dəfn evinin, mağazaların olduğu mərkəzin qarşısındakı yol nişanına asılıb.
Müsəlmanların dəfn evinin müdiri Djamel Sekkak polisə şikayət edib.
6 il əvvəl bölgədə məskunlaşdığını və üçüncü dəfə islam əleyhinə hücumların hədəfinə çevrildiyini bildirən Sekkak övladlarından narahat olduğunu, Fransada müsəlmanların vəziyyətinin getdikcə pisləşdiyini bildirib.
Regional Müsəlman Şurasının sözçüsü Abdellatif Mellouki də yerli mediaya verdiyi açıqlamada, Tuluza kimi çoxmədəniyyətli bir şəhərdə müsəlmanlara qarşı nifrət və rəddin yayılmasını istəmədiklərini söyləyib.
Mellouki deyib ki, onlar azlıq qruplarına aid olsalar da, Fransada belə hərəkətlər artmağa başlayıb.