Daşqınlar çoxaldı : 11 nəfər öldü
1 Fevral 2022 13:51 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ekvadorun paytaxtı Kitoda güclü yağışların səbəb olduğu daşqınlarda ən azı 11 nəfər ölüb. Təcili yardım dəstələri ərazidə fəaliyyətini davam etdirir.Bu barədə BBC xəbər yayıb.Ən azı 15 nəfərin yaralandığı daşqınlarda, ölənlərin sayının artması ilə bağlı narahatlıqların olduğu açıqlanıb.Çox sayda evin zərər gördüyü bölgədə təcili yardım qruplarının və polisin işlərinə davam etdiyi paylaşılıb.
Səlahiyyətlilər axtarış-xilasetmə əməliyyatlarına kömək etmək üçün hərbçiləri də yerləşdirməyi planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31