Qazaxıstan parlamentinin sədri Niqmatulin istefa verib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan parlamentinin plenar iclasında parlamentin sədri Niqmatulinin istefasından sonra onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında fərman təsdiqlənib.

10 ildir Qazaxıstan parlamentinin aşağı palatası olan Assambleyanın sədri Niqmatulinin də deputatlığına xitam verilib.

Niqmatulin buradakı çıxışında qurucu prezident Nursultan Nazarbayevə və prezident Kasım Cömert Tokayevə dəstəyə görə təşəkkür edib.

Yerlan Koşanov parlamentin yeni sədri təyin edilib

Deputatların yekdil səsi ilə Yerlan Kosanov Assambleyanın yeni sədri olub.

Koşanov son olaraq Qazaxıstan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31