İranın tanınmış din xadimi vəfat edib

İranın tanınmış din xadimi, Mərceyi-Məclisin 12 üzvündən biri ayətullah-üzma Lütfüllah Səfi Gülpayiqani vəfat edib.
Olaylar.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, din xadimi fevralın 1-də 103 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, ayətullah-üzma Gülpayiqani 1919-cu il fevralın 20-də İsfahan əyalətinin Gülpayiqan şəhərində anadan olub.
O, İranın məşhur din xadimi, ayətullah-üzma Bürucerdinin yanında təhsil alıb. Gülpayiqani İranın Qum şəhərində dini fənləri tədris edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31