Güclü yağış səbəbindən 2600-ə yaxın evi su basıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Haitidə güclü yağış nəticəsində  3 ev dağılıb, 2600-ə yaxın ev su altında qalıb.

Rəsmilərin bildirdiyinə görə, ölkəni bürüyən şiddətli yağış geniş daşqınlara səbəb olub və 2600-ə yaxın ailə müvəqqəti sığınacaq axtarmağa məcbur olub.

Ölkənin Mülki Müdafiə Agentliyi, soyuq havanın Haitinin şimal və cənub hissələrini vurduğunu, güclü küləklərin bəzi ərazilərdə ağacları kökündən çıxardığını bildirib.

Ölkədə elektrik stansiyası da su altında qalıb, körpünün uçması səbəbindən rayondakı yaşayış məntəqəsinə nəqliyyatın hərəkəti dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31