Rusiya münaqişə axtarır- Kanadanın Baş naziri Trudeau
1 Fevral 2022 11:27 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo Rusiyanın Ukraynaya təcavüzünün ağır və ciddi nəticələri olacağını bildirib.
Kanada Federal Parlamenti Ukrayna böhranını müzakirə etmək üçün xüsusi gündəmlə iclas keçirib.
Baş nazir Castin Trudeau, COVID-19 testinin pozitiv çıxması səbəbiylə karantində olduğu evindən onlayn videogörüntü vasitəsilə parlamentin xüsusi iclasına qatılıb.
2 saatdan çox davam edən iclasda Trudo millət vəkillərinin suallarını cavablandırıb.
"Rusiya münaqişə axtarır. Əgər Rusiya Ukraynanı işğal edərsə, bunun ciddi və ağır nəticələri olacaq" - deyə söyləyib.
Kanadanın Ukrayna əsgərlərinin yetişdirilməsinə yardım etdiyini və bunu önümüzdəki 3 ildə də davam etdirəcəyini bildirən Trudeau, Ukraynaya pul və hərbi texnika da göndərəcəklərini bildirib.