Qazaxıstanda yeni parlament sədri təyin olundu
1 Fevral 2022 11:25 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan parlamentinin (parlamentin aşağı palatası) qanunvericiləri prezident aparatının keçmiş rəhbəri Erlan Koşanovu palatanın spikeri seçiblər.
"Məclisin bu gün keçirilən plenar iclasında deputatlar yekdilliklə Erlan Koşanovu Milli Məclisin sədri seçiblər", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisin sədri Nurlan Niqmatulinin səlahiyyət müddəti başa çatmamış istefaya göndərilməsindən sonra Koşanov vakant deputat mandatını alıb. Elə həmin gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Koşanovu başqa təyinata keçməsi ilə əlaqədar aparat rəhbəri vəzifəsindən azad edib.
59 yaşlı Koşanov 2019-cu ilin sentyabrından prezident aparatının rəhbəridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31