Gürcüstanda koronavirusdan ölənlərin sayı 15 mini keçib

Gürcüstanda son sutkada koronavirusa 24 201 yeni yoluxma halı qeydə alınıb, 36 nəfər ölüb.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Məlumata əsasən, daha 10 732 nəfər müalicə olunaraq sağalıb.
Ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 1 200 124 nəfər yoluxub. Onların 1 020 510-u sağalıb, 15 016-sı isə ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31