Festivalda atışma :  2 nəfər ölüb

Olaylar.az  xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 30-da San Bernardino şəhərində musiqi festivalında atışma baş verib.  Nəticədə iki nəfər ölüb, beş nəfər yaralanıb. 

Bu barədə  yanvarın 31-də ABC Color qəzeti məlumat yayıb .

İlkin məlumatlara görə, atəş açanların hədəfi ölənlərdən biri olub. Qalan festival iştirakçıları qəza nəticəsində zərər görüblər. Qeyd olunur ki,  bu, narkotik alverçilərinin dəstələri arasında qarşıdurma olub.

İkinci qurban model Kristina Aranda olub. Polis hələ ki, heç bir həbs etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31