Yaponiyada F-15 təyyarəsi havaya qalxdıqdan sonra radarlardan itib
31 Yanvar 2022 16:41 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın qərbindəki İşikava əyalətində havaya qalxdıqdan sonra F-15 qırıcı təyyarəsi ilə əlaqənin kəsildiyi paylaşılıb.
Müdafiə Nazirliyinin rəsmisinə əsaslanan ictimai yayım NHK-nın xəbərinə görə, F-15-in havaya qalxdıqdan sonra radarlardan itdiyi açıqlanıb.
Bildirilib ki, F-15 qırıcı təyyarəsi Yapon dənizi (Şərq dənizi) sahilindəki İşikava əyalətindəki Komatsu bazasından havaya qalxıb.
Qeyd edilirki, üzərində iki nəfər olan təyyarə qəzaya uğramış ola bilər.
Sahil Mühafizə Bölmələri əyalətin paytaxtı Kanazavada axtarış-xilasetmə fəaliyyətləri üçün patrul qayıqları yerləşdirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31