İranda aslan qəfəsdən qaçaraq gözətçini öldürüb
31 Yanvar 2022 15:03 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın Erak şəhərindəki zooparkda şir qəfəsdən qaçaraq baxıcısını öldürüb.
Bu barədə İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatında bildirilib.
Bildirilib ki, Erakda zoopark işçisi heyvanları qidalandırmaq üçün qəfəsi açarkən bir neçə şir qəfəsdən qaçıb.
Aslanlardan birinin hücumuna məruz qalan və boğazından yaralanan baxıcı dünyasını dəyişib.
Zooparkın direktoru Rıza Seyyad Hakşumar mediaya açıqlamasında zooparkdan bir neçə aslanın qaçdığı iddialarını təkzib edib. "Aslanlar zooparkı tərk etməyiblər", - Haksumar deyib.
Qəfəsdən qaçan şirlərin yenidən qəfəslərə salındığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31