Hərbçi əsgər yoldaşını güllələyərək öldürdü
31 Yanvar 2022 13:27 DünyaRusiyada hərbçi əsgər yoldaşını güllələyərək öldürüb.
Olaylar.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından bildirilib.
Hadisə Moskva vilayətinin Troise-Selso kəndində yerləşən Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissəsinin silah otağında baş verib.
Hadisəni törədənin kimliyi açıqlanmayıb. O, Rusiya ordusunda müqavilə əsasında xidmət edirmiş.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31