Avtobus uçurumdan aşıb: 11 nəfər ölüb, 18 nəfər yaralanıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Amerikanın Boliviya ölkəsində sərnişin avtobusunun uçuruma aşması nəticəsində 11 nəfər ölüb, 18 nəfər yaralanıb.

İki gün əvvəl ölkənin mərkəzi hissəsində Kami kəndindən Koçabamba şəhərinə gedən avtobus kəndin yaxınlığında mexaniki nasazlıq səbəbindən relsdən çıxaraq 200 metrlik uçuruma düşüb.

Səlahiyyətlilər qəzada 11 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31