Kiyevdən Moskvaya xəbərdarlıq: Qoşunlarınızı sərhəddən çıxarın

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanı qoşunlarını Ukrayna sərhədlərindən çıxarmağa çağırıb.

Bu barədə Kuleba sosial media saytındakı Twitter hesabında ölkəsi ilə Rusiya arasında yaşanan gərginliklə bağlı paylaşım edib.

Diplomatiyanın yeganə etibarlı yol olduğunu vurğulayan Kuleba, "Rusiya səlahiyyətliləri müharibə istəməməkdə ciddidirsə, Rusiya diplomatik fəaliyyətini davam etdirməli və Ukrayna sərhədlərindən və müvəqqəti olaraq işğal olunmuş Ukrayna ərazilərindən hərbi qüvvələrini çəkməlidir"- deyə söylədi.

Kuleba həmçinin İngiltərəyə Rusiyanı çəkindirmək üçün qlobal səylərə rəhbərlik etdiyinə görə təşəkkür edib.

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss bazar günü Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı açıqlama verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31