Silahlı hücum: 2 ölü

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Amerika ölkəsi Paraqvayda minlərlə insanın qatıldığı konsertə silahlı hücum baş verib. Nəticədə  2 nəfər ölüb.
Ölkə mətbuatında yer alan xəbərə görə, paytaxt Asunsiondan təxminən 50 kilometr uzaqlıqda yerləşən San Bernardino şəhərində Jaumina Festivalı çərçivəsində açıq hava teatrında keçirilən konsertin VİP hissəsində silahlı hücum təşkil edilib. 

Hadisə zamanı 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb.

Hücum zamanı konsertə gələnlər təşvişə düşüb, izdiham yaranıb.
Cinayəti  həyata keçirən şəxsin hadisə yerindən qaçdığı öyrənilib.

Paraqvay Milli Polisi hadisə ilə bağlıaraşdırma başlandığını, hücumu törədən və təşkil  edənlərin axtarıldığını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31