“Çeburaşka”nın yaradıcısı vəfat edib
31 Yanvar 2022 11:19 Dünya"Çeburaşka" cizgi filminin yaradılmasında yaxından iştirak edən rejissor və animator Maya Buzinova 93 yaşında vəfat edib.
Olaylar.az xəbər verir ki, bu barədə "Soyuzmultfilm" kinostudiyasının baş redaktoru Sergey Kapkov məlumat verib.
O, "Facebook" səhifəsində məhz Buzinovanın "Çeburaşka"ya həyat verdiyini yazıb.
Qeyd edək ki, karikaturaçı rəssam olan Maya Buzinova uzun illər SSRİ dövlət teleradiosunun "Ekran" sitehsalat birliyində çalışıb və bir çox məşhur cizgi filmlərinin yaradılmasında iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31