Gürcüstanda kömür mədənində partlayış baş verib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstanın Tkibuli şəhərində kömür mədənində  partlayış baş verib. Nəticədə  bir nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə yanvarın 31-DƏ  Gürcüstanın Rustavi-2 telekanalı məlumat yayıb .

"Bizə məlumat daxil olub ki, qəza baş verib, nəticədə 9 nəfər xəsarət alıb. Bir nəfərin xəsarəti çox ağır olub, ona görə də o, gözümüzün qabağında dünyasını dəyişib. Partlayış nəticəsində şaxtaçılar xəsarət alıblar" - məlumatda deyilir.

Artıq bütün qurbanlar Tbilisiyə çatdırılıb. Onların müxtəlif dərəcəli bədən yanıqları var. Faciənin səbəbləri istintaq tərəfindən müəyyən ediləcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı "Mədən, tikinti və ya digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması, ölümlə nəticələnən" maddəsi ilə cinayət işi açılıb. Gürcüstan Cinayət Məcəlləsinin şəxsə və ya digər ağır nəticələrə səbəb olduqda, beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Tkibulidə onlarla kömür mədəni var. Onların əksəriyyəti "Saknaxshiri" şirkətinə məxsusdur. Digər şirkətlər də bu şəhərdə kömür mədənlərinə sahibdirlər. Bir neçə insanın həyatına son qoyan bir sıra faciələrdən sonra mədənlərin əsas hissəsi 2018-ci ildən bəri işləmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31