Çində 58 nəfərdə koronavirus aşkarlanıb
31 Yanvar 2022 11:03 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinində ötən gün 24 saat ərzində 58 koronavirusa yoluxma halı aşkarlanıb, onlardan 40-ı yerli olub.
Milli Səhiyyə Komissiyasından verilən açıqlamaya görə, bu həftə Qış Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşan Pekində yerli mənşəli 3 koronavirus hadisəsi qeydə alınıb. Hadisələrin 3-ü Finqtayda, 1-i isə Çaoyang rayonlarında aşkarlanıb.
Xaricdən gələn 18 koronavirus hadisəsinin qeydə alındığı ölkədə virusa görə insan itkisi olmayıb.
COVID-19 epidemiyasında ilk yoluxma hallarının ortaya çıxdığı Çində indiyədək 106 min 73 yoluxma aşkarlanıb, 4 min 636 nəfər ölüb.
Yerli mənşəli halların müşahidə olunduğu əyalət və şəhərlərdə epidemiyaya qarşı mübarizə və profilaktik tədbirlər davam etdirilir.
Çin, ortaya çıxdıqları COVID-19 hadisələrinin qarşısını almağa və ötürülmə zəncirini kəsməyə yönəlmiş "sıfır hal" strategiyasını həyata keçirir. Bu strategiyaya karantin, səyahət məhdudiyyətləri və kütləvi sınaq kimi ciddi və genişmiqyaslı tədbirlər daxildir.
Tədbirlər bəzən normal həyat axınına müdaxilə və onun yaratdığı xərc baxımından mübahisələrə səbəb olur.