Gürcüstanda daha 13 150 nəfərdə COVID-19 aşkarlanıb
31 Yanvar 2022 11:01 DünyaGürcüstanda ötən sutka ərzində daha 13 150 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Son bir gündə daha 8 503 nəfər müalicə olunaraq sağalıb, 35 pasiyent isə vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 175 923 nəfərdə aşkarlanıb. Onların 1 009 778-i sağalıb, 14 989-u isə ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31