Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Bingöl vilayətinin Yayladərə rayonunda 4,7 bal gücündə zəlzələ olub.
Olaylar.az Tirkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 03:49-da baş verib. Zəlzələnin ocağı yerin 7 km dərinliyində qeydə alınıb.
Zərər çəkmişlər və dağıntılar barədə məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31