Silahlı qarşıdurma:2 yaralı

Olaylar.az TRT HABER-ə istinadən xəbər verir ki, Bursa da bir gecə klubunda silahlı qarşıdurma hadisəsi baş verib. Nəticədə 2 nəfər yaralanıb. Polis şübhəlilərin tutulması üçün əməliyyata başlayıb.

Nilüferdə gecə klubuna gedən Suat A. ilə qardaşı Fırat A. ilə qonşu masada oturan qrup arasında naməlum səbəbdən mübahisə düşüb.

Müzakirədən sonra meydana çıxan tərəflər bir-birinə atəş açmağa başlayıb. Suat A. və Fırat A. yaralanarkən, naməlum şübhəlilər hadisə yerindən qaçıblar.

Suat A. Bursa Şəhər Xəstəxanasına, qardaşı Fırat A. Çekirge Dövlət Xəstəxanasına aparılıb. Müalicəsi davam edən Suat A.-nın vəziyyəti ağırdır.

Hadisə yerində araşdırma aparan polis qrupları 16 giliz tapıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31