“ABŞ hərbçiləri Ukraynada hərbi əməliyyatda iştirak etməyəcək” – Müdafiə naziri Lloyd Ostin
28 Yanvar 2022 23:47 Dünya"ABŞ hərbçiləri Ukraynada hər hansı hərbi əməliyyatda iştirak etməyəcək".
Olaylar.az bildirir ki, bunu jurnalistlərə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.
Prezident Co Bayden aydın şəkildə deyib ki, hərbi əməliyyat məqsədi ilə Ukraynaya ordu göndərməyəcək", deyə Ostin vurğulayıb.
Pentaqon rəhbəri Avropaya əlavə qüvvələr göndərilməsi barədə suala da münasibət bildirib: "düzünə qalsa, heç bir qoşun göndərməyəcəyik".
Mətbuat konfransında iştirak edən Qərargah Rəisləri Komitəsinin sədri də Ostinin sözlərini təsdiqləyib.
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31